Əsas məzmuna keç

Ən-Nəhl surəsi - 2-ci Ayə

Surə 16
Ayə 2

Azərbaycan dilində tərcümə

Mələkləri Öz əmri ilə ruhla (vəhy və Qur’anla) birlikdə bəndələrindən istədiyinə nazil edir ki, xəbərdarlıq edin: «Məndən başqa bir məbud yoxdur, odur ki, Məndən qorxun!»
Tam Surə

Ən-Nəhl surəsi 2-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 2

MÖHSÜN QƏRAƏTİ
16.12.2025
"Allah mələkləri əmrindən olan vəhylə bəndələrindən istədiyi kəsə nazil edər: "Xalqa xəbərdarlıq edin ki, Məndən başqa məbud yoxdur, yalnız Məndən çəkinsinlər. (Əmrimə qarşı çıxmasınlar.)”
Nöqtələr
Ayənin əsas mövzusu kafirlərin ilahi qəhr-qəzəbə tələsməsi olsa da, "Allahın əmri tezliklə gələcək” cümləsi təkcə qəhr-qəzəb əmrinə yox, bütün ilahi fərmanlara aiddir. Cihad, imam Mehdinin (ə) zühur göstərişi, qiyamətin bərpa əmri uyğun əmrlərdəndir. Bütün bu işlərə münasibətdə tələsmək olmaz.
"Ruh” Allahın yaxın mələklərindən biridir. Onun adı Quranda ayrıca, "məlaikə” sözü ilə yanaşı çəkilir. Amma ayədə iki söz arasında "vav” əvəzinə "ba” şəkilçisinin işlənməsindən məlum olur ki, bu ayədə "Ruh” dedikdə sözün lüğətdəki mənası nəzərdə tutulmuşdur. Nəzərdə tutulan halda ayə belə mənalandırıla bilər: "Allah mələkləri istədiyi bəndələrinə həyat vasitəsi ilə nazil edər.” Başqa bir ayədə "Ruh” dedikdə Quran nəzərdə tutulmuşdur.
Bildirişlər
1. Allahın əmrləri qətidir və ilahi qəhr-qəzəbin gerçəkləşməsi labüddür.
2. Allah Öz vədlərinə əməl edir.
3. Allahın işlərinə münasibətdə tələsməyin. Allahın işi hikmətə əsaslanır və öz vaxtında gerçəkləşəsidir.
4. Vəhy mələyinin nazil olması, vəhy və onu qəbul edənin mahiyyəti Allahın iradəsindən xaricdə deyil.
5. Risalət (peyğəmbərlik) qazanılmır, əta olunur. (İqtisabi yox, intisabidir.)
Əlbəttə ki, Allah hikmət sahibidir və kimsəni boş yerə peyğəmbərlik məqamına qaldırmır.
6. İlahi vəhyi qəbul etməyin ilkin şərti peyğəmbərlərin bəndəlik ruhu olmuşdur.
7. Peyğəmbərlərin vəzifələri arasında xalqa xəbərdarlıq öndə gəlir.
8. Əqidələrin əsası tövhid, saleh əməlin əsası təqvadır.
9. Təqva və paklıq tövhid sayəsində məna kəsb edir.