Əl-Muminun surəsi - Ayə: 91

Məkkəvi Quran-ı Kərim

Allah əsla Özünə (zatından ayrılmış və uluhiyyət sifətləri ilə vəsf edilən) övlad götürməmişdir və Onunla (birgə) əsla digər bir tanrı və məbud olmamışdır. Yoxsa (əgər elə olsaydı) hər tanrı öz yaratdığını aparardı (və həmin şeyə yiyələnmək və onun işlərinin idarə edilməsində məxsus üsulla davranardı və nəticədə dünyanın hissələri arasındakı vahid nizam-intizam, idarəçilik pozulardı). Və (ziddiyyətli işlərin həyata keçirilməsi istiqamətində) mütləq biri digərini üstələməyə çalışardı (müstəqil vücud, qüdrət və iradə bunu tələb edir). Allah (şəriki olması və övlad götürməsi barəsində müşriklərin) sadaladıqları sifətlərdən pak (və uzaq)dır.

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Muminun surəsi 91. Ayənin Təfsirləri

Bu ayə üçün hələ təfsir əlavə edilməyib.