Əl-Əraf surəsi - Ayə: 138

Məkkəvi Quran-ı Kərim
Əl-Əraf surəsi - Ayə: 138
Və İsrail övladlarını dənizdən (Nil çayından) keçirtdik. Onlar öz bütlərinə (pərəstiş etməyə) üz tutmuş və (bütlərinin) ətrafına toplaşmış bir dəstəyə yetişdilər. (Onlar əsirlikdə olduqları vaxt fironçuların hissiyyata yaxın şeylərə meyl göstərmələrindən təsirləndikləri üçün) dedilər: «Ey Musa, onların məbudları olduğu kimi, sən də bizim üçün məbud düzəlt!» (Musa) dedi: «Doğrudan da siz nadanlıq edən bir dəstəsiniz.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Əraf surəsi 138. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Əraf surəsi / ayə 138 MÖHSÜN QƏRAƏTİ.

"Bәni-İsrаili dәryаdаn kеçirdik, оnlаr öz bütlәrinә bаğlı bir qövmlә rаstlаşdılаr. (Bu sәhnәni görüb) dеdilәr: Еy Musа! Bizim üçün bunlаrın mәbudlаrı kimi mәbud düzәlt.” Musа dеdi: "Dоğrudаn dа siz nаdаn bir qövmsünüz.”

Müəllif: MÖHSÜN QƏRAƏTİ.